...

Silahlı Qüvvələrin 100 illik yubileyi ilə bağlı film nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 25 İyun 2018 20:51 (UTC +04:00)
Milli Qəhrəman İlqar İsmayılov haqqında çəkilmiş filmin nümayişi keçirilib.
Silahlı Qüvvələrin 100 illik yubileyi ilə bağlı film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə təşkilatşılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Milli Qəhrəman İlqar İsmayılov haqqında çəkilmiş filmin nümayişi keçirilib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qəhrəman İ.İsmayılovun həyatı və döyüş yolundan bəhs edən rejissor Günel Aqilin “Ən yüksək zirvə” adlı filmi nümayiş olunub.

Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsgərinin igidliyini, mərdliyini, vətənsevərliyini əks etdirən filmlərin nümayişi ölkəmizin qəhrəmanlıq tarixini təbliğ etmək məqsədi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti