...

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR

Mədəniyyət Materials 28 İyun 2018 10:56 (UTC +04:00)
Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.
Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Trend-in məlumatına görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin edilib.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti