...

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi həyata keçirilir (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2018 19:28 (UTC +04:00)
Konsert tanınmış müğənni, əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına həsr olunub.
Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi həyata keçirilir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış müğənni, əməkdar artist Kifayət Gəncəlinin yaradıcılığına həsr olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecədə xalq artistləri Gülyanaq Məmmədova -"Arzum budur", Nəzakət Teymurova -"Uca dağlar", əməkdar artistlər Firuzə İbadova- "Qəlbimin səsi", Cavanşir Məmmədov - " Dəli ceyran", Kifayət Gəncəli özü -"Xatırla məni", Arzu Əliyeva -"Düz bir ildi", Gülüstan Əliyeva -"Xatirələr", Azərbaycan Televiziyası və Radiosunun solistləri Nurlan Namazov - "Pəri-pəri", Rövşən Əziz - "Bəyənmir məni", müğənnilər Məftun Məmmədli -"Leyla", Könül Məmmədli -"Tələbəlik illəri" mahnılarını ifa etdilər.
İfaçıları xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin aparıcısı əməkdar artist Rəşad İlyasov idi. Konsert maraqla qarşılandı və alqışlarla sona çatdı.

Noyabrın 6-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində “Yada düşər xatirələr” adlı konsert keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti