...

Bakıda birinci Barbekü Festivalı keçirilib (FOTO)

Mədəniyyət Materials 3 May 2019 14:28 (UTC +04:00)
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin peşə bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədilə gənc aşpazlar arasında birinci BBQ (Barbekü) Festivalı keçirilib.
Bakıda birinci Barbekü Festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin peşə bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədilə gənc aşpazlar arasında birinci BBQ (Barbekü) Festivalı keçirilib.

Layihə rəhbəri - Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə.

Münsiflər heyətinin sədri - Usta aşpaz, Azərbaycanın fəxri turizm işçisi, Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının üzvü, Beynəlxalq kulinariya “De Comandant Chevaliers” Federasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov.

Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai iaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz" peşəsi üzrə təhsil alan tələbələrindən ibarət komandaları peşə bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə Bakı Şəhəri Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Tural Hüseynzadə, Müşfiq İbrahimov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova, AS ideya MMC-nin rəhbəri Aşura Hüseynova, fransız aşpazı Hardouin Atlan Jean Michel, İspaniya aşpazı Borja Ontanon Corro, Suriya aşpazı Bassel Abou Fakher, usta aşpaz Tahir Manafov, Milli Kulinariya Assosiasiyasının usta aşpazı Ağa Salamov və digər qonaqlar iştirak ediblər. İlk öncə tədbirin təşkilatçıları yarışın gedişatı haqqında tələbələri təlimatlandırıb, sonra komandalar arasında yarışmaya start verilib.

Tədbirin gedişində "SR Chemical" şirkəti tərəfindən mətbəx təmizləyici məhsullarının, "Şef Rəhman" şirniyyat şirkəti tərəfindən şirniyyatların, HİD ədviyyat və qida əlavələri şirkəti tərəfindən ədvaların təqdimatları olub və "Food port" ət şirkəti tərəfindən masterklas göstərilib.

Sonda münsiflər heyyəti tərəfindən komandaların hazırladıqları təamlar qiymətləndirilib və qaliblər müəyyən edilib.

1-ci BBQ (Barbekü) festivalı üzrə I yer Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi , II yer Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, III yerə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi layiq görülüb və qaliblərə sertifikat, kubok, medal, təşəkkürnamələr təqdim edilib.

Tərəfdaşlar: "SR Chemical", "Food-Port" şirkəti, "Sun GrapHics".

İnformasiya dəstəyi - Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti