...

İradə İbrahimova: Son günlər milli parklara gedən turistlərin sayı artıb

Mədəniyyət Materials 3 May 2019 15:18 (UTC +04:00)
Son günlər yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir.
İradə İbrahimova: Son günlər milli parklara gedən turistlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaz-yay mövsümünün yaxınlaşması ilə əlaqədar son günlər milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 11131 turist səfər edib. Onlardan 9850-si yerli, 1281-i isə xarici vətəndaş olub:

"Sözsüz ki, bu rəqəm bizi razı salmır. Biz istərdik ki, milli parkları ziyarət edən turistlərin sayı daha çox olsun. Düzdür, qış mövsümündə havaların soyuq olması ilə əlaqədar insanların milli parklara səyahət etməsi çox müşahidə olunmur. Ancaq biz may ayından etibarən milli parklara səyahət edənlərin sayının artımında böyük sıçrayış gözləyirik, çünki hava şəraiti də, təbiət də buna imkan verəcək.

Ekoloji turizm bizim üçün yeni anlayışdır və bu sahədə müsbət nailiyyətlər əldə olunacağına ümid edirik".

İ.İbrahimova əlavə edib ki, hazırda milli parklarda rəngarəngliyinə və məzmununa görə 110 fərqli turist marşrutu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti