...

Art Yoqa adlı layihəyə start verilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 12 Fevral 2020 02:03 (UTC +04:00)
Layihənin təqdimatında yoqa müəllimi Yogaddin, Art Yoqa haqqında məlumat verdi və yoqa sessiyası təşkil edib.
Art Yoqa adlı layihəyə start verilib (FOTO/VİDEO)

Bakı. Trend:

Hindistanın Azərbaycandaki səfirliyinin və Arts Council Azerbaijan qeyri hökumət təşkilatənın təşəbbüsü ilə Art Yoqa adlı layihəyə start verildi. Layihənin təqdimatında yoqa müəllimi Yogaddin, Art Yoqa haqqında məlumat verdi və yoqa sessiyası təşkil etdi.

Trend-in məlumatına görə, tədbirdə xarici vətəndaşlarla yanaşı coxsaylı yerli rəssamlar, dizaynerlər və digər yaradıcı insanlar iştirak etmişdi.

Art Yoga rəssamlıq və rəngkarlıqla təmasda olan bir yoqa üsuludur. Keçirdiyim Art Yoqa dərsləri müxtəlif rəsm əsərləri ilə əhatə olunmuş məkanda keçirilir. Bu insanın həm daxili həm də zahiri dünyada birgə vəhdət yaratmasında və eləcədə yoqa vasitəsilə bu əsərləri tam fərqli bir səmtdə, daha dərindən hiss etməsinə imkan yaradır.

Art Yoga dərsləri hər həftə içəri şəhərdə yerləşən Art Tower qalereyasında keçiriləcək. Eyni zamanda mütamadi olaraq digər müxtəlif yoqa tədbirlərinin təşkili planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti