...

"Qobustanda Hindistan Mədəni İrsinin İnciləri" adlı tədbir keçiriləcək

Mədəniyyət Materials 26 Fevral 2020 03:00 (UTC +04:00)
"Qobustanda Hindistan Mədəni İrsinin İnciləri" adlı tədbir keçiriləcək

Bakı. Trend:

29 fevral saat 11.00-da Qobustan Milli Tarix- Bədii Qoruğunda "Qobustanda Hindistan Mədəni İrsinin İnciləri"adlı tədbir keçiriləcək.

Trend-in məlumatına görə, Qobustan Milli Tarix-Bədii Qoruğunun və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbir çərçivəsində Hindistanın tarixi abidələrini əks etdirən fotosərgi nümayiş olunacaq.Tədbir iştirakçıları Hindistanın mədəni irs nümunələrinin canlı şahidi olmaqla yanaşı zəngin təqdimat proqramı ilə də tanış ola biləcəklər.Tədbirin keçirilməsində məqsəd Hindistan mədəni irsini Azərbaycanda tanıtmaq və iki ölkənin mədəniyyət sahəsində əlaqələrini inkişaf etdirməkdir.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti