...

“Art Management” layihəsi çərçivəsində növbəti vebinar keçiriləcək

Mədəniyyət Materials 20 İyul 2021 13:37 (UTC +04:00)
“Art Management” layihəsi çərçivəsində növbəti  vebinar keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 25 iyul 2021-ci il saat 20:00-da "Art Management" layihəsi çərçivəsində "Rəssamın onlayn emalatxanası" mövzusunda vebinar baş tutacaq.
Layihə çərçivəsində baş tutacaq təlim multimedia və performans rəssamı Vüsal Rəhim tərəfindən keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, Vüsal Rəhim 2011-ci ildən etibarən yaradıcılığına başlamışdır. O, rəngkarlıq, qrafika, teatr və səhnə-dekor tərtibatı ilə yanaşı videoart, fotoqrafiya və heykəltəraşlıq sənətində də özünü sınamağa çalışır.

Vüsal Rəhimin 2013-cü ildə "Black Woman", 2017-ci ildə "My name is Sarah'', 2018-ci ildə "Nurcan" fərdi sərgiləri keçirilmişdir.

Vüsal Rəhimov "Qaranlıqlar çiçəyi" Azərbaycan və Türkiyəli kino xadimlərinin iştirakı ilə 13 bölümlük teleserialda, "Məmməd Səid Ordubadinin 140 illik yubileyi" münasibəilə keçirilən konsertdə, "Əxşas" Abdulla Şaiq pyesi əsasında tamaşada, "Skapenin kələkləri" Jan Batis Molyer 2 hissəli komediasında, "Qızıl toy" operettasında, Çarlz Peron "Yatmış gözəl və karliklər", "Nuri-didye Ceyhun" tamaşalarında quruluşçu rəssam olmuşdur.
"Zoom" tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün "Art Management" başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti