...

Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Mədəniyyət Materials 5 May 2022 10:31 (UTC +04:00)
Ankarada Əhməd Cavadın yubileyi keçiriləcək

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankara şəhərində Əhməd Cavadın yubileyi keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Əziz Ələkbərov da iştirak edəcək. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycanın görkəmli şairi, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubiley mərasimində Əhməd Cavadın xatirəsi anılacaq, onun Azərbaycan ədəbiyyatında rolundan, dövlətimizin istiqlal mübarizəsinə verdiyi layiqli töhfələrdən, həyat və yaradıcılığından bəhs ediləcək.

Həmçinin Ankara şəhərində yerləşən Türk Tarix Muzeyində böyük şairin heykəlinin açılış mərasimi də olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti