...

“National Geographic” jurnalı Azərbaycanın milli mətbəxi barədə reportaj hazırlayıb

Mədəniyyət Materials 9 İyun 2022 12:30 (UTC +04:00)
“National Geographic” jurnalı Azərbaycanın milli mətbəxi barədə reportaj hazırlayıb
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

“National Geographic” jurnalı Azərbaycanın milli mətbəxinə həsr olunmuş reportaj hazırlayıb.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, ölkənin kulinariya adətləri paytaxt Bakıda cəmlənir, burada bərpa olunmuş karvansaraylarda dəbdəbəli restoranlar yerləşir. Eyni zamanda bölgələr boyunca səyahət milli mətbəxin rəngarəngliyini üzə çıxarır.

Reportajda həmçinin vurğulanır ki, Azərbaycan süfrəsi müxtəlif yeməklərin rəngarəng qarışığıdır.

"Azərbaycanın doqquz iqlim qurşağı insanları çoxlu təzə məhsullar, o cümlədən şaftalı, nar, alma, əncir, zəfəran və şirin bibərlə təmin edir. Azərbaycan mətbəxinin şahı olan zəfəranla dəmlənmiş plov hər məclisin yaraşığıdır. Bununla bərabər şiş kababları, dolma və soyuq salatlar da təqdim edilir. Bunları çox vaxt bir stəkan Azərbaycan şərabı və ya şərbəti, limon, şəkər, zəfəran və təzə meyvələrdən hazırlanmış təravətləndirici sərinləşdirici içki müşayiət edir. Məclislər ənənəvi olaraq bir dilim limonla içilən və armudu stəkanlarda təqdim edilən çayla tamamlanır. Xəzər dənizi isə ölkəni müxtəlif dəniz məhsulları ilə təmin edir", - məqalədə deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti