...

Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert olacaq

Mədəniyyət Materials 14 İyun 2022 12:31 (UTC +04:00)
Mini futbol üzrə milli komandamızın Avropa çempionu olması münasibətilə konsert olacaq

Bakı. Trend:

Məlum olduğu kimi Slovakiyada keçirilmiş Avropa çempionatında minifutbol üzrə milli komandamız qalib gəlib. Millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.

Trend-in məlumatına görə, bu qalibiyyət münasibətilə iyunun 15-də saat 19.00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı təşkil olunacaq. Milli komandanın iştirakı ilə keçiriləcək konsert proqramı mobil operator "Nar"ın dəstəyi ilə baş tutacaq. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubudur.

Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq, müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra çıxış edəcəklər.

Futbol azərkeşlərini və şəhərimizin sakinlərini konsert proqramına dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti