...

Conni Depp ilk kolleksiyasındakı rəsmləri 3,65 milyon dollara satıb

Mədəniyyət Materials 29 İyul 2022 05:56 (UTC +04:00)
Conni Depp ilk kolleksiyasındakı rəsmləri 3,65 milyon dollara satıb

Bakı. Trend:

Amerikalı aktyor Conni Depp Böyük Britaniyanın "Castle Fine Art" internet mağazasında ilk "Friends And Heroes" kolleksiyasındakı portretləri 3 milyon funta (3,65 milyon dollar) satıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı bildirib.

Məlumatına görə, əl ilə işlənmiş elementləri olan qravürlər C.Deppi ilhamlandıran dörd insanın portretlərindən ibarətdir: müğənni Bob Dilan, aktyor Al Paçino, aktrisa Elizabet Taylor və "Rolling Stones" qrupunun gitaraçısı Keyt Riçards portretləri.

Bir rəsmin qiyməti 3,95 min funt sterlinq (4,8 min dollar) təşkil edib və dörd təsvirdən ibarət dəst 14,95 min funta (18,1 min dollar) almaq olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti