Bakı. Trend:
Xalq artisti Ənvər Həsənov müalicə aldığı TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.
Qeyd edək ki, Xalq artisti avqustun 28-də bronxopnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O uzun illərdir şəkər xəstəliyindən də əziyyət çəkir.