...

Bakıda Kristina Orbakaytenin konserti olacaq

Mədəniyyət Materials 10 Oktyabr 2022 16:17 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 14-də tanınmış rusiyalı müğənni, aktrisa Kristina Orbakayte Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, Bakı konsertində Kristina Orbakayte həm yeni mahnılarını, həm də ötən illərin xitlərini səsləndirəcək.

Zərifliyi, çoxşaxəli yaradıcılığı ilə seçilən Kristina Orbakayte gənc yaşlarından artıq tamaşaçıların rəğbətini qazana bilib. Onun artistliyi, istedadı və hər biri böyük məhəbbət hekayəsi olan mahnıları tamaşaçıların qəlbinə yol tapıb. Orbakaytenin zəngin repertuarına müxtəlif janrlarda mahnılar daxildir. Kristina Orbakayte, həmçinin bir sıra filmlərdəki rolları, o cümlədən “Müqəvva” (“Чучело”) filmindəki rolu ilə məşhurlaşıb.

Konsertə biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti