Bakı. Trend:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etdi.
Ərsəyə gələn əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək və sərgilənəcək əsərlər geri qaytarılmır.
Turnirin gündəlik fəaliyyətini ,həmçinin seçim heyyəti və seçimin gedişini
Xətai Sənət mərkəzinin media hesabları üzərindən izləmək mümkündür.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.
Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq.
Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az