...

Sumqayıtda qədim mağaralar tapılıb (FOTO)

Mədəniyyət Materials 24 Oktyabr 2022 14:25 (UTC +04:00)
Sumqayıtda qədim mağaralar tapılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda “Stansiya Sumqayıt” yaşayış massivi adlı ərazidə mağaralar tapılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hazırda mağaraların aşkar edildiyi "stansiya Sumqayıt" deyilən ərazidə kəşfiyyat axtarış işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.

O qeyd edib ki, əməkdaşlarımızın əldə etdiyi məlumatlara görə ərazidə mağaralarla yanaşı karvansaranın qalıqları da mövcud olub.

Ümumilikdə həmin ərazidə kompleks tədqiqatların aparılmasına ehtiyac var.

Qısa zamanda əraziyə arxeoloqlarla birgə baxış keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti