Bakı. Trend:
Son zaman teatrlarda yaşlı aktyorlar məcburi şəkildə pensiyaya göndərilir. Sənətkarın yaşı olmur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
"Teatr direktorları özlərinə bir respublika yaradıblar. Mədəniyyət Nazirliyi buna bir əncam çəkməlidir. Aktyorun qədrini bilərlər. Teatrları veriblər direktorların əllərinə, onlar da istədikləri kimi istifadə edirlər", - deyə deputat bildirib.