...

“Gənclərə dəstək” layihəsi çərçivəsində Elmira Dadaşovanın solo konserti olub (FOTO)

Mədəniyyət Materials 2 Mart 2023 14:11 (UTC +04:00)
“Gənclərə dəstək” layihəsi çərçivəsində Elmira Dadaşovanın solo konserti olub (FOTO)

Bakı. Trend:

Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gənc violin ifaçısı, Respublika və beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşovanın (Əməkdar müəllim İlhamə Ağayevanın sinfi) solo konserti təşkil olunub.

Musiqili gecədə solist beynəlxalq müsabiqələr laureatı Arzu Səfərovanın müşayiəti altında ifa edib.

Proqramda - V.A. Motsart, P.Sarasate, H.Venyavski, T.Vital-Şarlye, N.Paqanini, Q.Qarayevin əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti