...

“Bakı payızı - 2023. 35 il sonra” yarışması AzTV və Mədəniyyət kanalında – jüridə Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva... (VİDEO, FOTO)

Mədəniyyət Materials 15 Sentyabr 2023 22:10 (UTC +04:00)
“Bakı payızı - 2023. 35 il sonra” yarışması AzTV və Mədəniyyət kanalında – jüridə Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva... (VİDEO, FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 16-da Nizami boutique house şirkətinin Baş sponsorluğu ilə 35 il həsrətində olduğumuz istedadlar müsabiqəsinə - “Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir.

Layihə “Best Cast Talent Agency” & “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.

Bildiyiniz kimi, müsabiqə 5 istiqaməti əhatə edir – vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. Youtube-da yayımlanan gündəliklər vasitəsilə izləyicilərimiz yarışmanın iştirakçıları ilə yaxından tanış ola bilərlər https://youtube.com/@Baki.Payizi?si=rDyn93riEyx0UPfS

1-ci turda jüri üzvləri – xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, əməkdar artist Emil Əfrasiyab, populyar müğənni İlqar Xəyal və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevadır.

Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə - hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, Mədəniyyət kanalında isə həmin günlər saat 23:00 –da təkrarlanacaq.

Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, Mədəniyyət kanalında 23:00- da (təkrar) izləyə bilərsiniz.

Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.

Bilet əldə edib birincilərin adını və mükafatlandırılmasını birinci öyrənin!
https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti