Bakı. Trend:
Oktyabrın 3-də M.İbragimbəyov Yaradıcılıq Mərkəzində Elm və Təhsil Nazirliyi və NG Creators Club-un dəstəyi ilə məşhur bakılı, yazıçı fantast Yevgeni Lvoviç Voyskunskinin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.
Mərkəzin direktoru Anna İbrahimbəyova qonaqları salamlayaraq bunun artıq Bakı şəhərinin yazıçı fantast irsinə həsr olunmuş ikinci tədbir olduğunu qeyd edib və tələbələri növbəti müsabiqədə iştiraka dəvət etmişdir.
Qeyd edək ki, məktəblilər arasında ilk müsabiqə 2022-ci ildə baş tutub və burada məktəblilər Maksud İbrahimbəyovun “ Tutulmuş yer” fantastik hekayəsi əsasında hazırladıqları işləri münsiflər heyətinə təqdim etmişlər.
Daha sonra digər məşhur həmyerlimiz, yazıçı fantast, Pavel Amnuel qonaqlara təbrik videomüraciətində uzaq 60-cı illərdə Bakı şəhərinin elmi-fantastik ədəbi məktəbinin formalaşmasında E.Voiskunskinin xüsusi xidmətlərini qeyd etmiş və yazıçının o zaman Azərbaycan Yazıçılar Birliyinin Elmi Fantastika ədəbiyyatı üzrə Komissiyasının sədr olduğunu bildirmişdir.
Azərbaycan-İsrail Assosiasiyasının baş direktor Şaul Siman tov və Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovskinin imzalanmış təbrik məktubunu iştirakçılara Assosiasiyanın Azərbaycandakı nümayəndəsi Vahid Bayramov təqdim edib. Məktubda Evgeniy Voyskunskiy və eyni zamanda onun yaxın tərəfdaşı olan Genrix Altovun yaradıcılıq və ixtiraçılıq sahəsində Azərbaycan Respulikasının qarşısında xıdmətlərdən bəhs edilirdi.
Tədbirin əsas hissəsində yazıçı E.Voyskunskinin oğlu, M.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimi Aleksandr Voyskunski Moskvada Yazıçının Xatirə Muzeyinin açılışı ilə bağlı təqdimatla çıxış edib.
Alim-psixoloq görüşün gənc iştirakçılarına, yazıçı Yevgeni Voiskunskinin məzunu olduğu Bakı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinə gələcək üçün layiqli hədəflər formalaşdırmaq üçün keçmişin ədəbi irsinə daha çox müraciət etməyi tövsiyə edib.