...

III Beynəlxalq Festivalda "Yeni vokal əsərlər"in təqdimatı oldu (FOTO/VİDEO)

Mədəniyyət Materials 19 Dekabr 2023 16:00 (UTC +04:00)
III Beynəlxalq Festivalda "Yeni vokal əsərlər"in təqdimatı oldu (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının dördüncü günü Bülbülün Memorial Muzeyində "Şuşadan İtaliyaya" adlı konsert proqramı ilə başlayıb. Konsertdə Bülbül Vokal Məktəbinin tələbələri tərəfindən dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Trend xəbər verir ki, günün sonu Beynəlxalq Muğam Mərkəzində Azərbaycan bəstəkarlarının yeni vokal əsərlərindən (ilk dəfə) ibarət konsert böyük rəğbətlə qarşılanıb.

Azər Dadaşov, Sərdar Fərəcov, Tural Məmmədli, Elvin Quliyev, Elnarə Dadaşova, Qumru İmamverdiyeva, Toğrul Salmanov, Tahir İbişovun yeni bəstələri Əməkdar artist Səidə Şərifəliyeva, gənc vokalçılar Şaban Cəfərov, İsmayıl Zeynalov, Səma Qəhrəmanova, Qətibə Mehdiyeva, Atəş Qarayev, Mələk İsrafilovanın ifasında səsləndirilib.

Xalq artisti Samir Cəfərovun ifasında musiqisi Tural Məmmədliyə məxsus "Günəşim mənim" adlı əsər gurultulu alqışlarla qarşılanıb.

Sonda Əməkdar artist, Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının ideya müəllifi, bədii rəhbəri Ramil Qasımov çıxış edərək festival çərçivəsində bu gecənin ən əhəmiyyətli gecələrdən olduğunu vurğulayıb. O, bu layihənin yeni əsərlərin yaranmasına vüsət yaratdığını qeyd edib.

"Yeni bəstəkarlar varsa, yeni ifaçılar da var. Yeni ifaçılar varsa, yeni bəstəkarlar da var. Bəstəkar və ifaçı bir-birini tamamlayır", - o vurğulayıb.

Əməkdar artist gecənin keçirilməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə başda olmaqla, bütün Azərbaycan bəstəkarlarına təşəkkürünü bildirib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Xəbər lenti

Xəbər lenti