...

8 yaşlı vunderkind Dilşad Fərhadzadə İtaliyada Qran-prinin qalibi olub (FOTO/VİDEO)

Mədəniyyət Materials 21 Fevral 2024 10:47 (UTC +04:00)
8 yaşlı vunderkind Dilşad Fərhadzadə İtaliyada Qran-prinin qalibi olub (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

İstedadlı skripkaçı, Bülbül adına Musiqi Məktəbinin üçüncü sinfinin şagirdi Dilşad Fərhadzadə İtaliyanın Pinerolo şəhərində keçirilən "Сoncorso Internazionale di Violino Massimo Marin 2024" beynəlxalq müsabiqəsində Qran-pri qazanıb.

Trend xəbər verir ki, Dilşad tanınmış musiqiçi və ekspertlərdən ibarət səriştəli münsiflər heyətindən maksimum 100 bal alıb.

8 yaşlı skripkaçı təkcəmüsabiqə proqramında deyil, həm də beynəlxalq müsabiqənin qala gecəsində iştirak edib.

Gənc istedadın müəllimi Lalə Hüseynova deyir ki, Dilşad notları hərflərdən daha tez, 4 yaşından öyrənib. Ötən zaman ərzində o, Azərbaycan, ABŞ, Fransa, Macarıstan, Rusiya, Ukrayna, Avstriya, Yaponiya, İsveç və Sloveniyada 30-a yaxın milli və beynəlxalq müsabiqələrdə Qran-pri sahibi və laureat olub. Dilşad bunlardan birincisini hələ 5 yaşında ikən qazanıb.

Dilşad, həmçinin, müxtəlif ölkələrin klassik orkestrləri ilə çıxış edərək, dünya və Azərbaycan klassiklərinin əsərlərini ifa edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti