...

Fuad Muradov: “Əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır” (FOTO)

Seçki 2015 Materials 16 Oktyabr 2015 13:36 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Nəsrəddin Tusi küçəsində 12 binanın sakinləri ilə görüşlər keçirib.
Fuad Muradov: “Əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır” (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Nəsrəddin Tusi küçəsində 12 binanın sakinləri ilə görüşlər keçirib.

Seçicilərlə ünsiyyətdən məmnun olduğunu deyən Fuad Muradov bundan əvvəl də bir sıra görüşlər keçirdiklərini xatırladaraq bildirib ki, əsas məqsəd Xətai rayonunda bütün ərazilərdə olmaq, insanları narahat edən məsələləri yerində öyrənməkdir: "Dövlətimiz bu gün bütün sahələrə diqqət göstərir. Bizim isə əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır. Hər birimiz bunun üçün çalışmalıyıq."

Çıxış edən seçicilər bildiriblər ki, Fuad Muradovu öz deputatları olaraq görmək istəyirlər. "O, bu dəfə bizi Milli Məclisdə layiqincə təmsil edəcəkdir"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti