...

Bəxtiyar Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 17 Oktyabr 2015 11:00 (UTC +04:00)
Seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev bu gün Bakının Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələrində məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Bəxtiyar Əliyevin seçicilərlə görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Seçicilərlə təmaslarını davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyev bu gün Bakının Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələrində məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

Qaldırılan məsələlərə münasibət bildirən B.Əliyev seçicilərin dəstəyini qazanaraq bu dairədən deputat seçiləcəyi təqdirdə, müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıblar və 1 noyabr tarixində ona dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Xırdalan, Binəqədi, Nərimanov və Yasamal rayonlarında məksunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti