...

Azərbaycanda parlament seçkilərini 318 beynəlxalq müşahidəçi izləyəcək

Seçki 2015 Materials 20 Oktyabr 2015 16:52 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 27 beynəlxalq təşkilatdan 318 müşahidəçi qeydə alınıb.
Azərbaycanda parlament seçkilərini 318 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 27 beynəlxalq təşkilatdan 318 müşahidəçi qeydə alınıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 42 ölkəni təmsil edirlər.

M.Pənahov bildirib ki, seçkiləri müşahidə etmək üçün dairə seçki komissiyalarına 50 mindən artıq insan müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti