...

Səfir: Seçkilər həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq

Seçki 2015 Materials 29 Oktyabr 2015 12:06 (UTC +04:00)
Mənim tək arzum seçkilərin sülh və əmin-amanlıq şəraitində keçməsi, vətəndaşın öz iradəsini rahat şəkildə ortaya qoymasıdır.
Səfir: Seçkilər həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"Azərbaycan və Türkiyədə parlament seçkilərinin eyni gündə keçirilməsi tam təsadüfdür".

Trend-in məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Türkiyədəki seçkilərlə bağlı xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsverməsi artıq başa çatıb: "Oktyabrın 25-də biz Bakıda da səsvermə keçirdik. Noyabrın 1-də isə hər iki ölkədə seçkilər baş tutacaq. Mənim tək arzum seçkilərin sülh və əmin-amanlıq şəraitində keçməsi, vətəndaşın öz iradəsini rahat şəkildə ortaya qoymasıdır. Bütün hallarda nəticə həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq. Parlament seçkilərinin nəticəsini əvvəlcədən demək mümkün olmasa da, onu qəti demək mümkündür ki, nəticə nə olursa-olsun, Türkiyə-Azərbaycan qardaşlığı daimidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti