...

Amerikalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri bütün standartlara cavab verir

Seçki 2015 Materials 1 Noyabr 2015 11:51 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərində mənfi hal qeydə alınmayıb.
Amerikalı müşahidəçi: Azərbaycanda parlament seçkiləri  bütün standartlara cavab verir

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda parlament seçkilərində mənfi hal qeydə alınmayıb.

Bu barədə Trend-ə ABŞ-dan olan müstəqil müşahidəçi, Kaliforniyadan olan sabiq konqresmen Co Baka deyib.

Onun sözlərinə görə, seçkilər heç bir pozuntu halı olmadan keçir və seçki prosesi bütün standartlara cavab verir: "Seçkilərdə neqativ hallar müşahidə olunmayıb. Vətəndaşlar səsvermə prosesində aktiv iştirak edirlər. Bu da sevindiricidir. Bəziləri səsverməyə hətta kiçik yaşlı uşaqları ilə gəlirlər ki, bu isə öz növbəsində müsbət haldır. Çünki artıq kiçik yaşlarından insanlar seçki prosesinin vacib olduğunu anlayırlar.

C.Baka 8 seçki məntəqəsində seçki prosesini izləyib.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti