Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Azərbaycanda keçirilən parlament seçkilərində her şey normaldır. Hamının məmnuniyyətlə seçkidə iştirak etdiyi müşahidə olunur.
Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında ABŞ-dan olan müşahidəçi Kristofer Bado deyib.
K.Bado bildirib ki, seçki prosesi yaxşı təşkil olunub: "Seçki qutularının mühafizəsi yaxşı təşkil edilib, qeydiyyat-yoxlama prosesi təkrar səsvermənin qarşısını almaq üçün effektivdir".
"Seçicilərin fəallığı haqqında nə deyə bilərsiniz?" sualına cavabında amerikalı müşahidəçi bildirib ki, bəzi yerlərdə nisbətən az, bəzilərində nisbətən çox seçicinin iştirak etdiyini müşahidə edib: "Ümumiyyətlə isə seçicilərin məntəqələrə davamlı gəlişi hiss olunur".
K.Bado 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib.