...

İslam Əməkdaşlıq Təşkilatı: Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir

Seçki 2015 Materials 2 Noyabr 2015 14:44 (UTC +04:00)
Seçki prosesi məntəqələrdə vaxtında başlayıb, seçkilər şəffaf, beynəlxalq kriteriyalara uyğun keçirilib.
İslam Əməkdaşlıq Təşkilatı: Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Seçki prosesi məntəqələrdə vaxtında başlayıb, seçkilər şəffaf, beynəlxalq kriteriyalara uyğun keçirilib.

Trend-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının Müşahidə missiyasının rəhbəri Həbib Kaabaçi deyib.

H.Kaabaçi seçkilərin uğurlu keçməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Seçki ab-havası çox gözəl idi. Bizim komandamız Bakıda yerləşən bir çox seçki məntəqələrində müşahidə apardı. Seçici aktivliyinin yüksək olduğunu gördük. Çox yaxşı haldır ki, seçici siyahıları divardan asılmışdı, gələn hər bir seçici öz adını oradan asanlıqla tapa bilirdi. Biz məntəqələrdə müxtəlif partiyalar tərəfindən namizədliyi irəli sürülən namizədlərin nümayəndələri ilə söhbət etdik. Onların təəssüratlatı olduqca yaxşı idi".

H.Kaabaçi deyib ki, ümumən seçkilər sülh şəraitində keçirilib və beynəlxalq standartlara cavab verir: "Biz inanırıq ki, bu seçki Azərbaycanın demokratik prinsiplərinə töhfə verəcək".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti