...

Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

Gündəm Materials 7 Fevral 2018 11:11 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.
Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

İclasda Qasım Vəli oğlu Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Bildirilib ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Bu səbəbdən Q.Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti