Bakı. İlhamə Isabalayeva -Trend :
"Azərbaycanda ingilis dilində muğam tədqiq edənlər yoxdur. Xaricdən Azərbaycana ingilis dilində muğam tədqiq edən alimlər gəlirlər. Lakin bizim alimlər dil probleminə görə, onlarla ünsiyyət yarada bilmirlər".
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı deyib.
A.Əlizadə bildirib ki, magistr qəbulu zamanı bu məsələ mütləq nəzərə alınmalıdır: "Bu gün xarici dil bilməyən alim çətinlik çəkir. Ona görə də bu nəzərə alınmalıdır ".