...

İrandan Azərbaycana siqaret qutusunda heroin keçirən şəxs yaxalandı

Gündəm Materials 9 Fevral 2018 10:09 (UTC +04:00)
İrandan Azərbaycana gələn şəxlərdən narkotika aşkarlanıb.
İrandan Azərbaycana siqaret qutusunda heroin keçirən şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

İrandan Azərbaycana gələn şəxsdən narkotika aşkarlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşına məxsus 1 ədəd "West" markalı siqaret qutusuna baxış keçirilib. Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti