Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.
Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.
MSK sədri vurğulayıb ki, müşahidə aparmaq istəyənlərə şərait yaradılır: “Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir”.