...

Deputat: Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır

Gündəm Materials 23 Fevral 2018 13:19 (UTC +04:00)
Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur.
Deputat: Bayramqabağı süni bahalaşmanın qarşısı alınmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

F.Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir:

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti