...

Bakıda bir neçə avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Gündəm Materials 23 Fevral 2018 16:52 (UTC +04:00)
Bakıda bir neçə avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bakıda bir neçə avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bakı. Trend:

Bakıda bir neçə avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 62, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti