...

"BakuBus" sürücüsünü təhqir edən üzr istəsə də, cəzası NƏ OLDU?

Gündəm Materials 12 Mart 2018 13:03 (UTC +04:00)
"BakuBus" sürücüsünü təhqir edən şəxs barəsində inzibati tənbeh tətbiq olunub.
"BakuBus" sürücüsünü təhqir edən üzr istəsə də, cəzası NƏ OLDU?

Bakı. Samir Əli - Trend:

"BakuBus" sürücüsünü təhqir edən şəxs barəsində inzibati tənbeh tətbiq olunub.

"BakuBus" MMC-dən Trend-ə verilən məlumata görə, fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus "99-JX-256" dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış "99- AL-789" dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu. Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat MMC-yə daxil olub.

Bakıda marşrut sürücüsü təhqir olundu, "Bakubus" polisə müraciət etdi (VİDEO)

Bakıda marşrut sürücüsü təhqir olundu, "Bakubus" polisə müraciət etdi (VİDEO)

Belə ki, hadisənin araşdırılması Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis bölməsi tərəfindən həyata keçirilib və hadisəni törədən şəxs N. Musayev polis bölməsinə gətirildikdən sonra tutduğu əməldən səmimi peşmanlıq hissi keçirdiyini bildirib, avtobus sürücüsündən üzr istəyərək bağışlanmasını xahiş edib. Bununla belə, polis orqanları tərəfindən toplanmış materiallar əsasında vətəndaş N.Musayev barəsində törətdiyi qanunsuz hərəkətlərə görə Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510-cu madəsinə uyğun olaraq inzibati tənbeh tədbiri həyata keçirilib.

“BakuBus” MMC bird daha sərnişinləri və digər yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə, ictimai nəqliyyatın normal fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələblərini yerinə yetirməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti