Bakı. İlkin Şəfiyev - Trend:
Aprelin 6-sı Azərbaycanda qızıl, platin və palladiumun qiymətləri ucuzlaşıb, gümüş isə bahalaşıb.
Trend-in məlumatına görə, qızılın qiyməti ötən günlə müqayisədə 0,646 manat azalaraq 1 troy unsiyası üçün 2257,855 manat təşkil edib.
Gümüş 0,17 manat bahalaşaraq 1 unsiya üçün 27,795 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 13,6 manat azalaraq 1548,7 manat, palladiumun qiyməti 18,7 manat ucuzlaşaraq 1550,4 manat təşkil edib.
Ad |
06.04.18 |
05.04.18 |
|
Qızıl |
XAU |
2257.855 |
2258,501 |
Gümüş |
XAG |
27.795 |
27,625 |
Platin |
XPT |
1548.7 |
1562,3 |
Palladium |
XPD |
1550.4 |
1569,1 |