Bakı. İlhamə İsabalayeva - Trend :
Formula 1 yarışı ilə əlaqədar aparılan hazırlıq işləri son yarış həftəsinə qədər davam edəcək.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, bütün hazırlıq işləri qrafikə uyğun olaraq, mərhələli şəkildə aparılır: "Artıq tribunalar hazırdır. İndi bulvar ərazisində əyləncə qurğuları quraşdırılır. Son işlərimiz məhz yarış həftəsi zamanı - yollar bağlandıqdan sonra görüləcək".
N.Arpadarai əlavə edib ki, yarış üçün biletlərin satışı çox yaxşı gedir: "Tribunalara demək olar ki, biletlər qalmayıb".
N.Arpadarai builki yarış zamanı əyləncə proqramının çox zəngin olacağını da söyləyib. Əyləncə proqramında 6 dünya ulduzu iştirak edəcək.