...

Tamblinq üzrə baş məşqçi: Azərbaycan idmanı üçün tarixi qələbə qazanmağa çalışacağıq

Gündəm Materials 9 Aprel 2018 18:34 (UTC +04:00)
Biz çalışacağıq ki, Bakıda keçiriləcək batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında Azərbaycan idmanı üçün tarixi qələbə qazanmaq üçün mümkün olan hər şeyi edək
Tamblinq üzrə baş məşqçi: Azərbaycan idmanı üçün tarixi qələbə qazanmağa çalışacağıq

Bakı. Maksim Tsurkov - Trend:

Biz çalışacağıq ki, Bakıda keçiriləcək batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında Azərbaycan idmanında tarixi qələbə qazanmaq üçün mümkün olan hər şeyi edək.

Bunu Trend-ə tamblinq üzrə milli komandanın baş məşqçisi Adil Hüseynzadə deyib.

A.Hüseynzadə bildirib ki, əsas Avropa çempionatı ilə yanaşı 13-17 yaş arası gimnastlar üçün gənclər arasında Avropa çempionatı keçirləcək:

“Azərbaycanı yarışda dörd gənc idmançı təmsil edəcək. Onların 13 yaşı olsa da, 17 yaşlı idmançılarla çıxış edəcək”.

Məşqçinin sözlərinə görə, tamblinq üzrə milli komandanın lideri Mixail Malkindir:

“Hesab edirəm ki, o artıq öz pikinə çatıb və indi çox yaxşı formadadır. Avropa çempionatınadək biz iki yarışda – Rusiya açıq kuboku və çempionatında iştirak etmişik. M.Malkin Rusiya kubokunda qalib gəldi, ikinci yarışda səhv etsə də, finala buraxıldı və qələbə qazandı”.

A.Hüseynzadənin fikrincə, yarışlarda həm fərdi, həm də komanda hesabında qələbəyə əsas namizədlər rusiyalı idmançılardır:

“Amma biz inanırıq ki, bərabər səviyyədə mübarizə apara biləcəyik. Finalda qalib gəlmək və Azərbaycan idmanının tarixinə parlaq qələbə əlavə etmək lazımdır”.

Qeyd edək ki, 12-15 aprel tarixlərində Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatı keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən 400-dən çox idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti