...

Azərbaycan əra­zisindən tranzit kimi istifadə edərək Avropaya qanunsuz səfər edən 3 əcnəbi saxlanıldı (FOTO)

Gündəm Materials 27 Aprel 2018 09:41 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Aprelin 24-25-də Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa öl­­kə­­lərinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.

DSX-dan Trend-ə verilən məlumata görə, 24 apreldə “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub.

25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şüb­­hələr yaranıb.

Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­kar olunub, məqsədlərinin Azərbaycan ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti