...

Sürücülərin NƏZƏRİNƏ! Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Gündəm Materials 4 May 2018 10:02 (UTC +04:00)
Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Sürücülərin NƏZƏRİNƏ! Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “20 yanvar dairəsi"ndən “Çermet körpüsü“-nə qədər olan hissəsində (Koroğlu metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 4 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Yol bağlı olmayacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti