Bakı. Samir Əli - Trend:
Ədliyyə Nazirliyi bir çox qurumlardan sorğu şəklində məlumatın əldə edilərək verilməsi barədə tədbirlər görür.
Trend-inməlumatına görə, bu sözləri Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi tədbirlər görülür: "Düzdü, bir çox dövlət qurumu öz məlumatını açıqlamaq istəmir. Baxmayaraq ki, onlar məhkəmə hakiminin sorğularına cavab verməlidir. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən ciddi tədbirlər görülür. Ümid edirəm ki, ilin sonuna qədər bütün qurumlar elektron sistemə qoşulacaq. Bu da hakimin və vəkilin işini asanlaşdıracaq".