...

Bakıda atışmada təqsirləndirilən Avropa çempionuna hökm oxundu

Gündəm Materials 7 İyun 2018 16:23 (UTC +04:00)
Bakıda atışmada təqsirləndirilən Avropa çempionuna hökm oxundu.
Bakıda atışmada təqsirləndirilən Avropa çempionuna hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda atışmada təqsirləndirilən Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyevin hər biri 2 il 6 ay, İlham Ramazanov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi, 134 ünvanında yerləşən "Nənəmin təndiri" restoranının yaxınlığında əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində X.Səfixanov, M.Həsrətov, T.Nağızadə, E.Əliyev və İ.Ramazanov saxlanılaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham olunur.

Təqsirləndirilən X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti