...

Daha bir Azərbaycan Ticarət Evi Həştərxanda açılacaq

Gündəm Materials 22 İyun 2018 22:51 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Gələn il Rusiyanın Həştərxan şəhərində Azərbaycan Ticarət Evi açılacaq.

Trend-in məlumatına görə, bu məsələ Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sədrliyi ilə Turizm üzrə Regional Şuranın iclasında müzakirə edilib.

İclas zamanı A.Jilkin qeyd edib ki, Azərbaycan məhsullarına nəinki həştərxanlılar, eləcə də turistlər arasında böyük tələbat olacaq.

Ticarət Evi bu ilin mayında Həştərxanın Bakı küçəsində açılan Azərbaycan Biznes Mərkəzinin qonşuluğunda yerləşəcək. Hazırda Biznes Mərkəzinin ərazisində 25 Azərbaycan şirkətinin məhsullarından ibarət sərgi təşkil edilib.

Azərbaycan Biznes Mərkəzinin direktoru Regina Fayzulayeva bildirib ki, Ticarət Evinin sənədləri tam sürətlə hazırlanır. Ticarət Evində məhsulların satışı həm topdansatış, həm də pərakəndə formada həyata keçiriləcək.

Qeyd edək ki, bu gün Kiyevdə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək. Bundan əvvəl Belarus və Latviyada Azərbaycan Ticarət evləri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti