Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın professorlarına stimul yaratmaq məqsədi ilə onlar üçün aylıq təqaüdün təsis edilməsini təklif edib.
Trend-in məlumatına görə, A.Əlizadə bu təkliflə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edib.
AMEA prezidenti bunu da əlavə edib ki, son vaxtlar Rəyasət Heyətində keçirilən yubiley tədbirlərinin sayı çoxalıb:
"Ona görə də yaxşı olar ki, bundan sonra yubileylər akademiyanın bölmələrində keçirilsin. Rəyasət Heyətində yalnız dövlət sərəncamı ilə yubileyi keçirilən şəxslərin yubileyi qeyd edilsin".