Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi

Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə mindi

Bakı. Trend:

Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış və ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər artıq qüvvəyə minmişdir.

Trend-in məlumatına görə, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar.

Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürüləcək.

Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib.

Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Bundan sonra miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəriməni ödəmədiyi təqdirdə ölkəyə təkrar girişinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcəkdir. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Belə ki, məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək.

Dəyişikliklərə əsasən daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılıb. Belə ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər.

O ki, qaldı İnzibati Xətalar Məcəlləsinə yeni 150.15-ci və 150.16-cı maddələrin əlavə edilməsinə, yəni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində cəriməni ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün lakin 2 aydan çox olmamaqla cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanacaq. Təcrübədə müşahidə edilirdi ki, inzibati məsuliyyətə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir çox hallarda ona tətbiq edilmiş inzibati cərimənin məbləğinin, müddətindən asılı olmayaraq dəyişməməsi səbəbindən ödəməyə maraq göstərmir. Edilən dəyişiklik əcnəbiləri inzibati cəriməni ödəməyə həvəsləndirməyə və müəyyən mənada məsuliyyət hissini artırmağa xidmət edir.

Ümumiyyətlə miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Metroda sərnişin qatar yoluna düşüb
Metroda sərnişin qatar yoluna düşüb
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Qubada istirahət mərkəzində yanğın baş verib
Loading Bars
Xəbər lenti
Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)
Gürcüstanda koronavirusa daha 3 410 nəfər yoluxub, 46 nəfər ölüb
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Metroda sərnişin qatar yoluna düşüb
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb (FOTO)
Fransada sutka ərzində COVID-19-a yoluxanların sayı 50 mini keçib
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq
Almaniyada təyyarə avtomobil körpüsünə eniş edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub
Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar (FOTO)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib
Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub
Keniyada avtobus körpüdən çaya düşüb, çox sayda ölən var
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
Bütün xəbərlər