...

Kürdə bulanıqlıq səbəbindən bəzi rayonlarda su olmayacaq

Gündəm Materials 15 Avqust 2018 10:29 (UTC +04:00)
Bakının 3 rayonu və Hacıqabulda su olmayacaq.
Kürdə bulanıqlıq səbəbindən bəzi rayonlarda su olmayacaq

Bakı. Trend:

Bakının 3 rayonu və Hacıqabulda su olmayacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, son günlər intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə əlaqədar Bakı şəhərinin Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti