...

Kənd Təsərrüfatı Nazirliyinin elmi mərkəzinin adı dəyişdirildi

Gündəm Materials 16 Avqust 2018 12:07 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adı dəyişdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin elmi mərkəzinin adı dəyişdirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adı dəyişdirilib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik barədə qərar verib.

Qərara əsasən, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adı Aqrar Elm və İnnovasiya Mərkəzi ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti