...

Gəncədə itkin düşən 18 yaşlı qızı polis tapdı

Gündəm Materials 6 Sentyabr 2018 12:31 (UTC +04:00)
Gəncə şəhərində itkin düşən qız tapılıb.
Gəncədə itkin düşən 18 yaşlı qızı polis tapdı

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində itkin düşən qız tapılıb.

Bu barədə Trend-ə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 2-də Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşadığı evdən çıxaraq itkin düşən 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova ilə bağlı araşdırmalara başlanıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları L.Həsənovanın yerini müəyyən edərək onu tapıb. Tapılan qız sentyabrın 5-də valideynlərinə təhvil verilib.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək onunla birlikdə yaşayan qızı, 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənovanın itkin düşdüyünü bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti