...

Paytaxtda 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib

Gündəm Materials 12 Sentyabr 2018 16:48 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyevanın sözlərinə görə, BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

M.Vəliyeva qeyd edib ki, BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti